Rusiyanın idman naziri Oleq Matytsin aprelin 25-dən 29-dək bir sıra Afrika ölkələrinə, o cümlədən Benin, Toqo və Seneqala rəsmi səfərlər edəcək.
Bugun.tv xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Matytsinin rəsmi görüşlərindən sonra bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması gözlənilir.
Rusiyanın idman naziri həmçinin, İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiya Tərəflərinin 8-ci Konfransının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Dakar şəhərinə getməyə hazırlaşır.
Mənbə: TASS
