14 C
Baku
17 Fevral 2026, 11:24
Baş xəbərDünya

Kemerovoda qocalar evində yanğın baş verib

Xarici Xəbərlər. 

Rusiyanın Qərbi Sibir vilayətinin Kemerovo şəhərində qeyri-qanuni qocalar evində baş verən yanğında ölənlərin sayı 20 nəfərə çatıb.

“Yanğın yerində xilasedicilər havanın aşağı temperaturu şəraitində dağıntılar üzərində işləri davam etdirirlər. Son məlumatlara görə, 20 nəfər ölüb”, – idarədən bildiriblər.

Daha əvvəl yanğın nəticəsində azı 13 nəfərin öldüyü bildirilmişdi. Yanğınla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Kuzbass qubernatoru Sergey Tsivilev yanğından sonra bu tipli bütün qurumların, ilk növbədə özəl qurumların yoxlanılacağını bildirib. “Biz bu tipli bütün qurumları, ilk növbədə özəl qurumları yoxlayacağıq. Yoxlamalar bir həftə ərzində yekunlaşacaq”, – o, Telegram kanalında yazıb.

Qeyd olunub ki, Kemerovoda şəxsi qocalar evi ikimərtəbəli taxta bina idi. Yanğına artan çətinlik dərəcəsi verilib.

Mənbə:TASS

Aynur Camal

Oxşar xəbərlər

Təbii qaz kəsintisi: 12 min ev təsirləndi

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Pakistanda təhlükəsizlik qüvvələrinə bombalı hücum: 10 ölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu