21 C
Baku
28 İyun 2025, 1:00
DünyaHadisə

Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə çıxıb

Rusya

Bugun.tv xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Luna-25-in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

“Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

Müxbir: Məhəmməd Sarıoğlu

Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə yeni insan nəsli başlayır: Nəsil Beta

Aynur Camal

Sürücülük vəsiqəsi imtahanı verəcək namizədin üzərində surət çıxaran cihaz aşkar edildi

İntizar Əmirova

Uşaqları gözləyən yeni ölümcül təhlükə: Hepatit

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu