6 C
Baku
29 Yanvar 2026, 3:06
Baş xəbərDünya

Rusiyanın Mikolayiv vilayətinə raket hücumu edildi

Rusiya ordusunun Ukraynanın Mikolayiv vilayətində həyata keçirdiyi raket hücumu nəticəsində 1 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib. Mikolayiv vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim sosial media hesabındakı paylaşımında Rusiyanın bölgəyə S-300/400 model raketləri ilə hücum etdiyini bildirib.

Rusiya ordusunun gecə saatlarında Mikolayiv vilayətinin inzibati mərkəzi olan Mikolayiv şəhərinə S-300 raketləri ilə hücum etdiyini qeyd edən Kim, “Bir infrastruktur obyekti, restoran kompleksi, ticarət yerləri, evlər və maşınlara ziyan dəyib. Yanğın baş verib. Yanğını söndürmək üçün işlər davam edir. Hücum nəticəsində 1 qadın həyatını itirdi, 16 nəfər yaralandı” deyə məlumatda bildirilib.

Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin sosial media hesabından verdiyi açıqlamada dünən Rusiyanın bölgəyə hücumu nəticəsində 5 mülki vətəndaşın yaralandığı barədə məlumat paylaşıb. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada dünən axşam saatlarında Rusiya Mikolayiv bölgəsinə 7 ədəd “S-300/400” model zenit raketi, Çerniqov və Sumi bölgələrinə 2 ədəd “X-59” tipli raket göndərib və 17 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatının (İHA) hücuma məruz qaldığı bildirildi.

Açıqlamada bildirilib ki, hava döyüşləri nəticəsində Mikolayiv, Kiyev, Odessa, Poltav, Çerniqov, Kirovoqrad və Çerkassı vilayətlərində 12 PUA vurulub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu