25 C
Baku
20 İyul 2025, 7:59
Baş xəbər

Rusiyanın müdafiə naziri: “Afrika ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyik”

Bugun.tv xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Afrika ölkələri öz təhlükəsizliyinə təhdidlərə müstəqil cavab vermək gücünə malik olmalıdır. “Rusiya Müdafiə Nazirliyi Afrika ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, – Şoyqu bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu fikirləri Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

O, qərb ölkələrinin birqütblü dünya düzəninin dağılmasından narahat olduğuna diqqət çəkib.

Afrika ölkələrinin ordularının daha müasir olması lazım olduğunu vurğulayıb. “Biz hesab edirik ki, Afrika ölkələrində təlim keçmiş, yaxşı təchiz edilmiş və öz təhlükəsizliyinə yönələn çağırış və təhdidlərə müstəqil şəkildə cavab verə bilən müasir silahlı qüvvələr olmalıdır”, – deyib.

Bugün TV

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Kəmalə Sultan

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

Aynur Camal

Yüksək atmosfer təzyiqinin öhdəsindən necə gəlmək lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu