6 C
Baku
24 Fevral 2026, 1:00
Siyasət

“Rusiyanın səmimi münasibət və real addımlar atması lazımdır”

“Son 1 il ərzində Rusiya ilə münasibətlərin gərginləşməsindən Azərbaycan xarici siyasəti əslində kifayət qədər uğurla istifadə etdi” – deyə şərh paylaşan siyasi ekspert Aqil Məmmədov həmçinin qeyd edib ki, Münasibətlərin gərginləşməsi fonunda rəsmi Bakı Avropa və Vaşinqtonla mövqelərini yaxınlaşdıra bildi.

Avqustda Vaşinqtonda baş tutan sammit və burada Ermənistanla sülh müqaviləsinin paraflanması, ABŞ-ın 907-ci düzəlişinin ləğvinə nail olunması, TDT çərçivəsində aktivliyin artması əslində Rusiya ilə münasibətlərin soyumasının müsbət təsirlərindəndir.

Bəli, Düşənbədə liderlər arasında təmas oldu. Bu, bir qədər gərgin münasibətlərdə yumşalma olacağına işarədir. Ancaq bu, üzü dekabra tərəf Moskvada qar əvəzinə qızmar günəş olacağı anlamına gəlmir.

Məlumdur ki, hal-hazırda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı ciddi təxribatla bağlı cinayət işi araşdırılır və burada əsas iştirakçılar sırasında şimal qonşunun şirkətlərinin adları çəkilir.

Bəli, təmas və müzakirə həmişə gərginlikdən yaxşıdır, ancaq baş verənlər göstərir ki, sadəcə sənəd və bəyanatlar etibar zəminini tam formalaşdırmağa qadir deyil. Bunun üçün Rusiya tərəfindən səmimi münasibət və real addımlar lazımdır.

Aynur Camal

Oxşar xəbərlər

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu