22 C
Baku
9 Sentyabr 2025, 1:13
DünyaSiyasət

Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin binası boşaldıldı

Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbinin ərazisində olan bütün müəllim və işçi heyəti Polşa hakimiyyətinin zəbt etdiyi binanı tərk edib.

Bugun.tv xəbər verir ki, bu barədə nazir müşaviri Andrey Ordaş TASS-a bildirib.

“Məktəbin ərazisində yaşayan müəllimlər və digər işçilər şəxsi əşyalarını götürərək binanı boşaldıb. Onlar Varşavadakı Rusiya diplomatik missiyasının başqa obyektinə köçüblər”, – Ordaş söyləyib.

O, bildirib ki, səfirlik bütün məktəb şagirdləri üçün tədris prosesinin davam etdirilməsinə şərait yaradacaq.

“Məktəb əşyalarını çıxarmaq üçün bizə daha yeddi gün vaxt verildi”, – Ordaş deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Almaniyada seçki həyəcanı başlayıb… Dönər partiyası Federal Məclisə girəcəkmi?

Aynur Camal

İrandan Türkiyə və Azərbaycana qarşı daha bir xəyanət

Aynur Camal

“Agent” əməliyyatı – 9 nəfər nəzarətə götürülüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu