4 C
Baku
14 Dekabr 2025, 13:08
Dünya

Rusiyanın YouTube-u bloklaması iddiası böyük səs-küyə səbəb oldu: Putinin sözçüsündən açıqlama!

Rusiya hökumətinin sentyabrda YouTube-u bloklamağı planlaşdırdığı bildirilir. Dövlətyönlü Gazeta.ru bu iddianı Prezident Administrasiyasına yaxın mənbəyə və hüquq-mühafizə orqanları üçün məlumat toplayan şirkətdəki mənbəyə istinadən açıqlayıb.

RUSİYA YOUTUBE-u BAĞLAYACAQ?

Xəbər Rusiyanın aparıcı telekommunikasiya provayderi Rostelecom-un Google-un avadanlıqlarında texniki problemlər olduğunu və bunun YouTube videolarının endirilmə sürətinə və keyfiyyətinə təsir göstərə biləcəyini elan etdiyi bir vaxtda yayılıb.

  “Gazeta.ru”nun Prezident Administrasiyasına yaxın mənbəsi bildirib ki, “İyul və avqust aylarında vəziyyət daha da pisləşəcək, yəni bəzi regionlarda “YouTube”un funksionallığı tamamilə itiriləcək”. Bu mənbənin məlumatına görə, YouTube sentyabrda bloklanacaq.

 KREMLİN sözçüsü YouTube-un məhdudlaşdırıldığını inkar edir

Gazeta.ru yazıb ki, onun ikinci mənbəsi də payızda YouTube-u bloklamaq planlarını təsdiqləyib. Kreml Rusiyanın “YouTube”a girişi məhdudlaşdırmağa başladığını təkzib edərək “problem iki ildən artıqdır ki, yenilənməyən avadanlıqla bağlıdır” deyib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib: “Bizim bazarla bağlı bu mövqeyi tutan YouTube-dur, biz buna təşəbbüs etməmişik. Bu bazarı tərk etməyin öz texnoloji nəticələri var”.   YouTube Ukraynadakı müharibə ilə əlaqədar Rusiyada monetizasiyanı dayandırıb və ödəniş əsaslı bütün xidmətlərini dayandırıb.

Mənbə: The Moscow Times

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Son 10 ayda minə yaxın terror hücumu!

Aynur Camal

11 Avqust Balon Festivalına artıq start verdi- VİDEO

Aynur Camal

Mərmərə dənizi sahillərində baş verən yanğınla bağlı təfərrüatlar əldə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu