14 C
Baku
16 Noyabr 2025, 6:43
Dünya

Rusiyaya daxil olanlar üçün şok: SİM kartlarda internetə giriş məhdudiyyətləri

Rusiyaya daxil olanlar üçün SIM kart məhdudiyyətləri tətbiq edilib. Xaricdən ölkəyə daxil olanlar internetə daxil ola bilməyəcəklər. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi səbəbi izah edib.

Pilotsuz uçuş aparatlarına (PUA) qarşı tədbir olaraq xaricdən Rusiyaya daxil olanlara məxsus SİM kartların internetə çıxışının 24 saat ərzində bloklanacağı açıqlanıb.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin yazılı açıqlamasında ölkədə SİM kartların istifadəsi ilə bağlı yeni tədbirlər açıqlanıb.

SİM KART İNTERNETƏ ÇIXA BİLMƏYƏCƏK

Bəyanatda Rusiya telekommunikasiya şirkətlərinin dronlarla mübarizə aparmaq üçün yeni bir siyasət tətbiq etdiyi və “SİM kart xaricdən Rusiyaya daxil olarsa, SİM kartın şəxs tərəfindən istifadə edildiyini təsdiqləmək üçün yoxlama tələb olunacaq. Bu təsdiqlənənə qədər SİM kartın internetə çıxışı bloklanacaq” ifadəsi yer alıb.

Təcrübənin bu gündən etibarən qüvvəyə mindiyi bildirilən bəyanatda “Rusiya operatorlarına məxsus SIM kartlar 72 saat ərzində istifadə edilmədikdə, həmin məhdudiyyətə məruz qalacaq” ifadəsi yer alıb.

Dron hücumları əsaslandırılıb

Bəyanatda qeyd olunub ki, SİM kart məhdudiyyətlərini aradan qaldırmaq üçün vətəndaşlar mətn mesajlarında və ya zəng mərkəzlərində göstərilən addımları yerinə yetirməlidirlər.

Rusiya rəsmiləri əvvəllər ölkədə hücumlar həyata keçirən dronların hədəflərinə çatmaq üçün SİM kartlardan da istifadə etdiyini bildirmişdilər.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Malatyada güclü zəlzələ: Eyni vaxtda onlarla bina çökdü – YENİLƏNİB- VİDEO

Aynur Camal

İngiltərədə qəribə hadisə! Müdiri onunla salamlaşmayanda məhkəməyə verib qalib gəlib

Aynur Camal

Kubada material anbarında partlayış: 13 əsgərlə əlaqə saxlamaq mümkün deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu