5 C
Baku
27 Yanvar 2026, 0:21
Siyasət

Rusiyaya qarşı sanksiyalar Bundestaqda qarşıdurmaya səbəb olub.

“Almaniya yaxın gələcəkdə Rusiya neft və qazından asılı olacaq”. Bugün.tv xəbər verir ki bunu Bundestaqın İqlim Mühafizəsi və Enerji Komitəsinin üzvü Şteffen Kotre Almaniyanın xarici işlər naziri Annalena Berbokun Rusiyanın enerji mənbələrindən tamamilə imtina etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib. “Görünür, XİN rəhbəri emosiyaları ağıldan üstün tutub. Almaniya gələcəkdə də Rusiyadan qiymət baxımdan sərfəli , ekoloji təmiz enerji mənbələrindən asılı olmağa davam edəcək”, – o, TASS-a müsahibəsində bildirib.

Mayın 10-da Almaniyanın xarici işlər naziri Annalena Burbok Kiyevdə keçirdiyi mətbuat konfransında Almaniyanın Rusiya enerji daşıyıcılarından həmişəlik imtina edəcəyi və onlardan asılılığını sıfıra endirə biləcəyi ilə bağlı bəyanat verib.A. Burbok deyib ki bunun Almaniya iqtisadiyatına təsiri olsa da , məhdudiyyətlər qaldırılmayacaq.
Xatırladaq ki Qərb ölkələri Ukrayna ərazisində xüsusi əməliyyat keçirdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib və 6 -cı məhdudiyyətlər paketinin məzmununa Rusiya enerji məhsullarının idxalına qismən qadağa daxildir.

Bugün TV

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu