20 C
Baku
28 İyun 2025, 5:41
Baş xəbərDünya

Ruslar bir gündə 18 artilleriya sistemi və 660 əsgər itirdi

Bugun.tv xəbər verir ki, Ruslar Baxmutu yandırıcı və fosforlu sursatlarla atəşə tutublar. Onlar Ukraynaya 8 raket və 22 hava zərbəsi endirib.

O cümlədən, 2 S-300 raketi Xarkov vilayətinin Balakleya şəhərində mülki müəssisəyə düşüb, nəticədə 5 mülki şəxs yaralanıb.

Eyni zamanda qeyd edilib ki, dinc əhali arasında ölən və yaralananlar var, çoxmərtəbəli bina, fərdi yaşayış evləri və digər mülki infrastruktura ziyan dəyib. Bütün Ukrayna ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalmaqdadır.

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində cavab olaraq düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 zərbə endirib, eləcə də düşmənin zenit-raket kompleksinə zərbə endirib.

Raket və artilleriya bölmələri 2 komanda məntəqəsini, düşmənin 2 silah və hərbi texnikasının cəmləşdiyi ərazini, həmçinin düşmənin 3 sursat anbarını vurub.

Baş qərargah bildirilib ki, rus işğalçıları cəmi bir gündə 660 əsgər, 18 artilleriya sistemi və 6 tank itirib.

Mənbə: PravdaNews

Aynur Camal

Oxşar xəbərlər

Ruslar Xarkovdakı Episentri vurdular, ölənlər və yaralılar var

Aynur Camal

ABŞ Qəzzaya hava yardımını dayandırdığını açıqlayıb

Aynur Camal

Çilidə meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu