6 C
Baku
25 Fevral 2026, 11:09
Dünya

Ruslar kosmosa süni intellekt modeli göndərəcək

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Dmitri Bakanov Sberbank tərəfindən hazırlanmış GigaChat süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcəklərini açıqlayıb. Bakanov Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “CIPR 2025” konfransında çıxış edib.

Rus kosmonavtlarının süni intellektlə dəstəklənəcəyini açıqlayan Bakanov, “GigaChat’ı ISS-ə göndərəcəyik. Növbəti insanlı kosmos səfəri payızda, daha sonra martda olacaq. Bunu payıza qədər bitirmək istəyirik” deyib.

Rusiyanın ən böyük bankı Sberbank tərəfindən 2023-cü ildə hazırlanmış süni intellekt modeli olan GigaChat ChatGPT-yə Rusiya alternativi olaraq görülür.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sürücülərə sağlam bel üçün sadə məşqlər tövsiyə olundu

Aynur Camal

Aİ: Ukraynanın üzvlüyünə dair konkret tarix demək mümkün deyil

Aynur Camal

Ukrayna müharibəsinin ən uzun fasiləsiz cəbhə xətti xəritələndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu