7 C
Baku
5 Fevral 2025, 10:04
Baş xəbərDünya

Ruslar “qızıl pasportlarını” itirirlər

Bugun.tv xəbər verir ki, Rusiya üçün bəzi “qızıl pasportlar” ləğv edilib.

Xatırladaq ki, müharibədən öncə Avropa Birliyi pasportlarının varlı ruslara satılması Kipr Rum Administrasiyasına və Maltaya milyardlarla avro qazandırırdı. Ruslar da pullarını asanlıqla yuyurdular. Lakin bu nizam Ukraynadakı müharibə ilə pozuldu.

Kipr və Malta uzun illərdir ki, çirkli pulların yuyulması ittihamı ilə üzləşib. Aİ onlara bunu dayandırmaq üçün dəfələrlə xəbərdarlıq etsə də, onlar buna davam edib.

Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Aİ Rusiyaya qarşı sərt sanksiyalara imza atdı.

Rusiya şirkətlərinə, rus iş adamlarına və onların mallarına qarşı sanksiyalar qoyuldu.

Bu qərarlardan sonra çətin vəziyyətdə qalan Kipr Rum Rəhbərliyi və Malta indiyədək onlarla insanı “qızıl pasport”la əldə etdiyi vətəndaşlıqdan məhrum edib.

Aİ Komissiyası bildirib ki, Kipr Rum Administrasiyası 43 nəfərin vətəndaşlığını ləğv edib. Həmçinin iki rusiyalının Malta vətəndaşlığını itirdiyi bildirilib.

Qeyd edilib ki, Yunan Kipr Administrasiyası “qızıl pasport” tətbiqindən ən çox gəlir əldə edən Aİ üzvlərindən biridir.

Məlumata görə, hazırda Malta hökuməti Rusiya və Belarus vətəndaşlarına bu cür pasportların verilməsini gələcək tarixə qədər dayandırdığını açıqlayıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

“Gələcək də Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

Aynur Camal

“Azərbaycan çoxvektorlu xarici siyasət kursu aparır”

Aynur Camal

Şimali Koreya ballistik raket atdı, Yaponiya buna reaksiya verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu