8 C
Baku
7 Fevral 2026, 16:23
Baş xəbərDünya

Russiyanın dron hücumları ilə mübarizəsi davam edir

Bugun.tv xəbər verir ki, bu gecə də Ukrayna pilotsuz təyyarələri Rusiyanın qərbindəki Kursk bölgəsində bir neçə binaya ziyan vurub – qubernator Roman Starovoyt deyib.

Sözügedən qubernator, müharibənin Ukrayna sərhədlərindən Rusiya ərazisinə sıçradığı bir vaxtda bu haqqda məlumat verən bir sıra Rusiya rəsmilərindən biridir.

“Hündürmərtəbəli binanın girişinə və bir neçə digər fərdi evə ziyan dəyib. Zərərin dəyərinin hesablamalarını tamamlayırıq — hər kəsə mümkün olan ən sürətli yardımı göstərəcəyik. Əsas odur ki, insan itkisi yoxdur”, – deyə o bildirib.
Bu gün səhər saatlarında Starovoyt Rusiya hava hücumundan müdafiə sisteminin bir neçə Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirərək sakinləri sakit olmağa çağırıb.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu