28 C
Baku
21 İyul 2025, 2:02
Baş xəbərDünya

Russiyanın dron hücumları ilə mübarizəsi davam edir

Bugun.tv xəbər verir ki, bu gecə də Ukrayna pilotsuz təyyarələri Rusiyanın qərbindəki Kursk bölgəsində bir neçə binaya ziyan vurub – qubernator Roman Starovoyt deyib.

Sözügedən qubernator, müharibənin Ukrayna sərhədlərindən Rusiya ərazisinə sıçradığı bir vaxtda bu haqqda məlumat verən bir sıra Rusiya rəsmilərindən biridir.

“Hündürmərtəbəli binanın girişinə və bir neçə digər fərdi evə ziyan dəyib. Zərərin dəyərinin hesablamalarını tamamlayırıq — hər kəsə mümkün olan ən sürətli yardımı göstərəcəyik. Əsas odur ki, insan itkisi yoxdur”, – deyə o bildirib.
Bu gün səhər saatlarında Starovoyt Rusiya hava hücumundan müdafiə sisteminin bir neçə Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirərək sakinləri sakit olmağa çağırıb.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Yeni doğulan körpəsini vəhşicəsinə qətlə yetirdi

Aynur Camal

Qəzaya yük maşınının təkərinin partlaması nəticəsində uçan təkər səbəb oldu

Bugün TV

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu