NATO-nun baş katibi Mark Rutte deyib ki, onun Rusiya lideri Vladimir Putini Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar masasına gətirəcək bəzi ideyaları var, lakin onlar bunu hələlik “sirr” saxlamaq istəyirlər.
Almaniyanın “Bild am Sonntag” qəzetinə danışan Rutte, Rusiya ilə Ukrayna arasında sülhün mümkün olub-olmadığı sualına “Biz təmin etməliyik ki, (Putin) Ukraynanın bir kvadrat kilometrini belə fəth edə bilməyəcək” və NATO-nun ən vacib məsələ olduğunu deyib. İndi etməli olduğu Kiyevi qorumaq üçün onlara silah və hərbi təlim vermək olduğunu söyləyib. NATO-nun baş katibi Ukraynanın sülh danışıqlarına girmək istəyəcəyi təqdirdə Putinin danışıqlar masasına gətirilməli olacağını bildirib və “Bunun necə olacağını sizə dəqiq təsvir edə bilmərəm. Bu strukturun necə yaradılacağı ilə bağlı fikirlərim var, lakin biz bunu bir az sirr olaraq saxlamaq istəyirik”. Ancaq nəticə dəqiqdir: Putin bundan sonra heç vaxt (işğal) cəhd etməyəcək”, – o deyib. Rutte həmçinin bildirib ki, Rusiyanı NATO-ya hücumdan çəkindirmək üçün “Amerikadan Türkiyəyə qədər bütün NATO ərazisində” daha çox silah və müdafiə sərmayəsinə ehtiyac var.
Mənbə: HurriYet