12 C
Baku
12 Aprel 2026, 15:45
Dünya

Rutte: Ukraynanın NATO üzvlüyü hazırda real deyil

NATO-nun baş katibi Mark Rutte Polşaya rəsmi səfəri çərçivəsində müdafiə naziri Vladislav Kosiniak-Kamışla birgə mətbuat konfransında çıxış edib. O, Polşanın ÜDM-in 4,5 faizindən çoxunu müdafiəyə ayırmasını, F-35 qırıcıları almaq planlarını və 2035-ci ilə qədər ordunu 300 min nəfərə çatdırmaq məqsədini NATO üçün mühüm addımlar kimi dəyərləndirib.

Rutte Polşanın Ukraynaya müharibənin əvvəlindən bəri 4 milyard avrodan çox hərbi yardım göstərdiyini xatırladaraq bildirib ki, “Ukraynanın təhlükəsizliyi NATO-nun təhlükəsizliyidir”. Ukraynanın NATO üzvlüyünə dair suala cavab verən baş katib qeyd edib ki, prinsipcə hər ölkə müraciət edə bilər, lakin ABŞ, Macarıstan, Slovakiya və bəzi digər müttəfiqlərin mövqeyinə görə hazırkı şəraitdə konsensus yoxdur və üzvlük real görünmür.

Mümkün sülh sazişindən sonra Rusiyanın yenidən hücum etməsinin qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin üç mərhələdə nəzərdə tutulduğunu deyən Rutte bildirib ki, bunlara Ukrayna ordusu, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi Könüllülər Koalisiyası və ABŞ-ın təmin edəcəyi zəmanətlər daxildir. O vurğulayıb ki, Moskva yeni hücumun ağır nəticələrə səbəb olacağını bilməlidir.

Polşa müdafiə naziri Kosiniak-Kamış isə NATO-nun şərq cinahında həyata keçirilən təşəbbüslərin regional təhlükəsizliyi gücləndirdiyini, Patriot hava hücumundan müdafiə sistemlərinin döyüşə hazır olduğunu və Ukraynada sülh perspektivlərinə daha nikbin yanaşıldığını bildirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu