Dünya

Rza Pəhləvi: İranda etirazların lideri iddiası və dəstək çatışmazlığı

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da sürgündə yaşayan oğlu Rza Pəhləvi İranda baş verən etirazlarla bağlı açıqlamaları ilə diqqət çəkib. ABŞ-da lüks həyat sürən Pəhləvi etirazların arxasında dayandığını iddia etsə də, nə İran cəmiyyətinin əksəriyyətindən, nə də ABŞ Prezidenti Donald Trampdan açıq dəstək alır.

CBS News-a müsahibəsində Pəhləvi İrandakı hadisələri “azadlıq mübarizəsi” kimi təqdim edib, itkiləri isə “müharibənin qaçılmaz nəticəsi” adlandırıb. Lakin ekspertlər bildirir ki, İran xalqı monarxiyanın bərpasını istəmir. CNN International-a danışan analitik Araş Azizi Pəhləvinin müxalifət daxilində təsirinin artsa da, ölkə daxilində “birləşdirici yox, bölücü fiqur” kimi qəbul edildiyini vurğulayıb. Mütəxəssislərə görə, Pəhləvi əsasən diaspor müxalifətindən dəstək görür.

1979-cu il inqilabından sonra ABŞ-a köçən və hazırda Vaşinqton yaxınlığında yaşayan 65 yaşlı Pəhləvinin ailə sərvəti və keçmiş şah rejiminin korrupsiya iddiaları da cəmiyyətdə etirazla xatırlanır. İsrailin Baş naziri Benyamin Netanyahunun Pəhləviyə dəstək açıqlamaları isə İranda ona qarşı münasibəti daha da sərtləşdirib. Analitiklər Tramp administrasiyasının nəticə bəlli olmadan açıq mövqe tutmayacağını bildirir.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu