Rza Pəhləvi, Belçika xəbərləri, İran müxalifəti, Belçika Federal Parlamenti, Kral Hərbi Akademiyası, Maksim Prevot, İran siyasəti, beynəlxalq münasibətlər
Dünya

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Bugun.tv xəbər verir ki, İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin Belçikanın rəsmi qurumlarına dəvət edilməsi ölkədə siyasi müzakirələrə səbəb olub. Mübahisələr onun Federal Parlamentdə qəbul edilməsi təşəbbüsü və Belçika Kral Hərbi Akademiyasında keçirilməsi planlaşdırılan çıxışı ilə bağlıdır.

“Ensonhaber” nəşrinin Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, Belçikada hakim koalisiyanın tərəfdaşlarından olan fransızdilli liberal İslahat Hərəkatının (MR) lideri Jorj-Lui Buşe Rza Pəhləvini Federal Parlamentdə qəbul etmək istəyib. Lakin oktyabrın 21-də keçirilən Parlament Sədrləri Konfransında bu təşəbbüs barədə razılıq əldə olunmayıb.

Belçika hökumətindən ehtiyatlı mövqe

Belçikanın xarici işlər naziri Maksim Prevot Pəhləvinin parlamentə dəvət edilməsinə prinsipial etirazının olmadığını, lakin İran müxalifətinin müxtəlif qruplardan ibarət olduğunu bildirib. Onun fikrincə, müxalifətin digər təmsilçilərinin də mövqeləri dinlənilməlidir.

Nazir vurğulayıb ki, Belçika hökuməti Rza Pəhləvini İran xalqının yeganə qanuni nümayəndəsi və demokratik müxalifətin birləşdirici lideri kimi siyasi baxımdan tanıya bilməz. İranın gələcəyini kimin idarə edəcəyinə yalnız İran xalqının qərar verməli olduğunu qeyd edən Prevot diplomatik əlaqə kanallarının qorunmasının vacibliyini də diqqətə çatdırıb.

Hərbi akademiyada çıxış etməsi planlaşdırılır

Belçikanın müdafiə naziri Teo Franken oktyabrın 17-də Rza Pəhləvinin noyabrın 6-da Kral Hərbi Akademiyasında Yaxın Şərq mövzusunda konfrans keçirəcəyini açıqlayıb.

Belçikada fəaliyyət göstərən bəzi İranlı qeyri-hökumət təşkilatları isə bu dəvətə qarşı çıxaraq proqramın ləğvini tələb ediblər.

Beləliklə, Rza Pəhləvinin Federal Parlamentdə rəsmi qəbulu baş tutmasa da, onun hərbi akademiyadakı çıxışı ilə bağlı müzakirələr davam edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Melaniya Tramp Ukraynanın Oleşki şəhərində atəşkəsə nail oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu