28 C
Baku
11 Sentyabr 2025, 15:57
Baş xəbərSiyasət

Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib

Bugun.tv xəbər verir ki, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.

Mənbə: Azərtag

Bugün TV

Oxşar xəbərlər

Sərnişin avtobusu aşdı

Bugün TV

Qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verildi

Kəmalə Sultan

İspaniyanın Baş naziri Sançes: Ticarət müharibəsində qalib yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu