Gənclər Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Günü” – nə həsr olunmuş beynəlxalq rəqs müsabiqəsi keçirilib.
Bugun.tv- yə daxil olan məlumata görə, beynəlxalq rəqs müsabiqəsində 18–35 yaş kateqoriyasında iştirak edən Rəhim Babayev Azadoğlu üç nominasiya üzrə qalib olub.


O, milli şou – Azərbaycan milli rəqsi və solo rəqs istiqamətlərində çıxış edərək birincilik əldə edib.
Qeyd edək ki, Rəhim Babayev Azad Rəqs Ansamblının rəhbəri, rəqqas və xoreoqraf kimi fəaliyyət göstərir. O, Azərbaycan milli rəqs sənətinin təbliği və inkişafına töhfə verir.

Bugun.tv kollektivi Rəhim Babayevi qazandığı üç birincilik münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayır.

