29 C
Baku
28 İyun 2025, 21:14
Siyasət

Rəisi Janq Minq ilə görüşüb

İran prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Janq Minq ilə görüşüb

Bugun.tv xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi  bildirib.

“Mən ŞƏT ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verirəm. Bu ölkələrin zəngin təbii sərvətləri və geniş əraziləri var. Bu da təşkilata beynəlxalq münasibətlər sistemində mühüm rol oynamağa və birqütblüliyə effektiv müqavimət göstərməyə imkan verir”,- İbrahim Rəisi qeyd edib .

Janq Minq öz növbəsində zəngin tarixə malik İranın ŞƏT-in fəal üzvü ola biləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 15-16-da Səmərqənddə keçirilən ŞƏT sammiti zamanı İran ŞƏT-ə üzvlüyə  dair memorandum imzalayıb. Müvafiq öhdəlikləri yerinə yetirdikdə təşkilata üzvlüklə bağlı rəsmi prosedur başa çatacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Papa Leo rəsmi olaraq vəzifəsinin icrasına başladı!

Aynur Camal

Budanov: “Rusiya əsas diqqətini Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə yönəldəcək”

Nigar Məmmədova

 “Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu