10 C
Baku
15 Mart 2026, 20:40
Baş xəbər

Şəhid polkovnik-leytenant Raquf Orucovun anım tədbiri keçirilib

Bugun.tv xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun işğaldan azad olunmuş Şahbulaq qalası qarşısında şəhid polkovnik-leytenant Raquf Orucovun anım tədbiri keçirilib.

Tədbirdə hərbçilər, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib. Şəhid Raquf Orucovun komandirlik etdiyi hərbi hissənin kəşfiyyatçıları öz bacarıqlarını nümayiş etdiriblər.

Tədirdə çıxış edən döyüş yoldaşları şəhid komandirlə bağlı xatirələrindən söz açaraq, əsgərlərə Vətəni əmanət edən zabitlərin nümunə  qəhrəmanlıq örnəyi olduğunu bilrdiriblər.

Tədbir Ağdam Musiqi Kollecinin yetirmələrinin bədii-musiqili kompozisiyası ilə yekunlaşıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu