27 C
Baku
10 İyun 2025, 9:42
Digər

Şəhid Ziyadxan Əliyevin mövludu keçirilib

Bugun.tv xəbər verir ki, Şəhid Ziyadxan Əliyevin doğum günü məzarı başında qeyd olunub.

Kürdəmir rayonunda təşkil olunan tədbirə şəhid ailələri, qazilər, hərbçilər, rayon ictimayyəti qatılıb.

Onun məzarı ziyarət olunub üzərinə tər çiçəklər düzülüb. Ruhuna dualar oxunub.

Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Hərbcilər qəhramanların keçdiyi şərəfli döyüş yolundan danışıblar. Şəhidin anası “Mən oğlumla qurur duyuram” – deyərək, onun doğum gününü təbrik edib.

Əslən Cəbrayıl rayonundan olan Ziyadxan Əliyev 1997 ci il, yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində doğulub. 2019-cu ildə hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsində iştirak edən Z.Əliyev yaralı hərbcilərin xilas olunmasında köməklik göstərib.

O, 2020-ci il oktyabrın 1-də Tərtərin Talışkənd yüksəkliyi uğurunda gedən döyüşlərdə şəhid olub. Nəşi Kürdəmir rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Z. Əliyev ölümündən sonra “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Məkanın cənnət olsun, Vətən oglu!

Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Fransada fermer Makronu Ukraynanı dəstəklədiyinə görə qınayır

Aynur Camal

Yaz allergiyalarından necə qorunaq?

Nigar Məmmədova

103 yaşlı qadın uzunömürlülüyün sirrini açır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu