İdman

“Şəhidlər ölməz, Vətən bölüməz”

“Bu gün tv” xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Kung- Fu Federasiyasının təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölüməz” devizi altında Vətən Müharibəsinə həsr olunan 28-ci Respublika Çempionatı keçirilib.

Tədbirdə 44 günlük Qarabag savaşında igidlik göstərən qazi və şəhidlərin ailə üzvləri də iştirak ediblər. Yarış Azərbaycan dövlət himni ilə başlayıb, daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Kung-Fu Federasiyanın rəhbəri Nurlan Aslanov qazi və şəhidlərimizin müharibədəki şücaətindən danışıb. O, şəhid analarına ehtiramını bildirib, xüsusi mükafat və hədiyyələr təqdim edib. Daha sonra millət vəkillərinə söz verilib. Onlar da öz çıxışlarında şəhidlərimizə Tanrıdan rəhmət diləyib, idmançılarımıza uğurlar arzulayıblar.

30 komandada 400-ə yaxın idmançının iştirak etdiyi yarış uğurla başa çatıb. Qaliblər federasiyanın rəhbərliyi tərəfindən mükafatlandırılıb. Yarış atəşfəşanlıqla sona yetib.

Qeyd edək ki, yarışı keçirməkdə məqsəd yeniyetmə və gənclərimizdə vətənpərvərlik ruhunun artırılması və yüksək perespektivli olan idmançılarmızı yığma komandanın tərkibində beynəlxalq yarışlarda iştirakını təmin etməkdi. Belə yarışların təşkili eyni zamanda dövlətin idman sahəsinə və idmançılarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şərh yazın