7 C
Baku
21 Dekabr 2025, 11:46
Baş xəbər

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Bugun.tv-yə Müdafiə Nazirliyindən daxil olan məlumata görə, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Elvin İmaməliyev, Emin Əmrahov və Səbuhi Əhmədovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, kursantlar, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarda igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Sonra şəhidlərə həsr olunan kitabların təqdimat mərasimi keçirilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Şuşa ziyarəti başa çatdı – FOTO

Aynur Camal

“İdmançılarımızı tanıyaq” layihəsi keçirilir

Aynur Camal

Ukrayna lideri Zelenski müharibənin 1000-ci günündə Avropa və Rusiyaya zəng etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu