Malayziyanın paytaxtı Kuala-Lumpurda səki çöküb. Bu zaman səki ilə gedən qadın dərinliyi 8 metr olan çuxura düşüb. Bir nəfər yıxılmaqdan çətinliklə xilas olub.
Malayziyanın paytaxtı Kuala-Lumpurda çox sayda insanın getdiyi səkidə 8 metr dərinliyində çuxur açılıb. Qəfildən çökən səki ilə gedən qadın çuxurda itib. Bu zaman çuxurun düz qırağında dayanan bir adam yapışaraq özünü çuxura düşməkdən son anda xilas edib.
Yerli polis rəsmisi Sulizmie Affendy Sulaiman bildirib ki, xilasetmə qrupları 8 metrlik çuxurun ətrafında ehtiyat barrikada qurdular. Paytaxtın Danq Vanqi rayonunda baş verən hadisədən sonra itkin düşən qadının tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Mənbə: TGRT