31 C
Baku
21 İyul 2025, 12:44
Kriminal

Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Şəmkir RPŞ-in əməkdaşlarına məlumat daxil olub. Keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən sakin Famil İsmayılov saxlanılıb.

DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupu məlumata verib. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilib. Oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7.62 mm-lik patron aşkar edilib. F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.

Bundan başqa, Şəmkir RPŞ-nin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

FETÖ əməliyyatı oldu: 19 nəfər saxlanıldı

Bugün TV

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu