7 C
Baku
21 Dekabr 2025, 12:31
Digər

Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin uşaqları beynəlxalq müsabiqədə qalib oldular 

Bugun.tv – xəbər verir ki, Rəşid Behbudov adına Teatrda Qazaxıstanın “Talantlar Aləmi” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirə Qazaxıstan və Rusiyadan da qonaqlar dəvət olunublar.

Müxtəlif yaş kateqoriyasından olan uşaqlar öz rəqs bacarıqlarını nümayiş etdiriblər. Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin xoreoqrafı Səlminaz Salmanova müsabiqə və nəticələrlə bağlı Bugun.tv-yə məlumat verib.

Don Kixot baletindən Kitri variasiyası

Bildirib ki, mərkəzin uşaqlarının müxtəlif nominasiyalar üzrə qatıldığı yarışda Caz Baleti üzrə – “Çəhrayı Pantera” rəqsi ilə 1-ci yeri, Klassik variasiya üzrə Dilbər Əhmədzadə 1-ci yeri, “Don Kixot” baletinin variasiyası üzrə 2-ci yeri qazanıblar.

Dilbər Əhmədzadə -klassik variasiya

Bununla yanaşı, mərkəzin azyaşlı üzvləri Səlminaz Salmanovanın xoreoqraf və rejissorluq etdiyi “Ləpələr” müasir balet üzrə 3-cü yerə layiq görülüblər.

Biz də Bugun.tv olaraq Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin bütün kollektivini və qalib olan uşaqları təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik!

Modern balet ,,Ləpələrin rəqsi”
Aynur Camal

Oxşar xəbərlər

Fevralın 01-də gözlənilən hava şəraiti

Aynur Camal

Alimlər generativ süni intellekti kökündən dəyişə biləcək texnologiya hazırlayıblar

Bugün TV

İran 2 milyona yaxın qaçqını Əfqanıstana qaytaracaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu