21 C
Baku
11 İyun 2025, 2:13
Baş xəbərSiyasət

İlham Əliyev sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışdı

Prezident Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışıb.

“Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi”.

Bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

Mənbə: oxu.az

Aynur Camal

Oxşar xəbərlər

Əfqanıstana yardım daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Herata çatdı

Bugün TV

Yanvarın 17-də gözlənilən hava şəraiti

Aynur Camal

“Hədə-qorxu, şantajla qarşılaşdıqda dərhal polisə müraciət edin”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu