29 C
Baku
28 İyun 2025, 21:38
Baş xəbərKriminal

Sərhəddə külli miqdarda narkotik vasitə saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Sevinc Sadıqova

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

Aynur Camal

2 nazir və 4 yüksək vəzifəli məmur istefa verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu