18 C
Baku
28 Oktyabr 2025, 1:31
Baş xəbərKriminal

Sərhədi pozan Hindistan respublikası vətəndaşı saxlanıldı

Dövlət Sərhəd Xidmətindən Bugun.tv-yə verilən məlumata görə, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır

Teymur Əziz

Azad edilmiş ərazilərdə silah-sursatın və partlayıcı vasitələrin toplanması tədbirlər davam etdirilir

Kəmalə Sultan

Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu