17 C
Baku
10 İyun 2025, 5:25
Baş xəbərİqtisadiyyat

Səudiyyə Ərəbistanı və Küveyt Fars körfəzindəki Durra qaz yatağına sahib olduqlarını elan etdilər

Səudiyyə Ərəbistanı

Bugun.tv xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanı Fars körfəzindəki Durra qaz yatağının da daxil olduğu bölünmüş neytral zona kimi tanınan ərazinin iki ölkənin yeganə mülkü olduğunu bildirib.

Küveyt və Səudiyyə Ərəbistanı xarici işlər nazirliklərinin birgə bəyanatında sözügedən bölgənin sərvətlərindən istifadə hüquqlarının tamamilə iki ölkəyə aid olduğu qeyd edilib.

“Beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq, Küveyt və Səudiyyə Ərəbistanı İranı bölünmüş bölgənin şərq sərhədi ilə bağlı danışıqlara çağırır”, – bəyanatda bildirilir.

İranın neft naziri Cavad Ovci Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada Fars körfəzindəki Ərəş/Durra qaz yatağı ilə bağlı Küveytlə birgə işləməyə hazır olduqlarını deyib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ukrayna “Oniks”in səsdən sürətli qanadlı raketlərini vura bilmir

Aynur Camal

Ölkəmizə gələn əcnəbilərin vizalarının sadələşdirilməsi ilə əlaqədar prezident sərəncam imzaladı

Bugün TV

2024-cü ildə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu