16 C
Baku
16 Noyabr 2025, 2:28
Baş xəbərDünya

Səudiyyə Ərəbistanından Qəzzaya 40 milyon dollarlıq dəstək gəldi

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) İsrailin hücumları altında Qəzza zolağındakı rolunu dəstəkləmək üçün 40 milyon dollar vəsait ayıracağını açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzi bu təşkilatla UNRWA-nın Qəzzaya təcili yardım çağırışına dəstək olmaq istəyirlər.

Razılaşmaya əsasən, İsrailin hücumlarını və blokadasını davam etdirdiyi Qəzza zolağında əhalinin ən həssas təbəqələrindən olan 250 min 638 fələstinlinin xeyrinə bölgə xalqının ərzaq təhlükəsizliyi dəstəklənəcək.

Bundan əlavə, sayı 200 mini keçən 20 min 19 ailəyə sığınacaq və yeməkdən başqa yardımlar ediləcək.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və İran XİN başçıları görüşüb

Aynur Camal

Benyamin Netanyahu dekabrın 2-də korrupsiya işlərində ifadə verəcək

Aynur Camal

Bu ölkədə yay istisi səbəbindən 7 əyalətdə həyəcan siqnalı verildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu