8 C
Baku
22 Dekabr 2025, 5:24
Kriminal

“Sədərək” də mağazaya BASQIN: Sahibkarın 30 000 manatı ələ keçirildi

“Sədərək” Ticarət Mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, hadisə noyabrın 11-də qeydə alınıb.

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib.

Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bugün TV

Oxşar xəbərlər

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Bugün TV

5,5 ton qum eşikləri ələ keçirildi

Bugün TV

Quldurluq əməli törədildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu