Baş xəbərDünya

Səfirliyə basqın edildi

Bugun.tv xəbər verir ki, Küveytin Sudandakı səfirliyinin hərbi İdarəsinin rəisinin iqamətgahına basqın edilib.

Əmirliyin Xarici İşlər Nazirliyi respublikanın hakimiyyət orqanlarına və bütün münaqişə tərəflərinə müraciət edərək diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Basqınlara görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edən bəyanatda heç bir tərəf günahlandırılmayıb.

Xatırladaq ki, aprelin 15-də qarşıdurmalar başlayandan paytaxt Xartumda Səudiyyə Ərəbistanı və İordaniya səfirliklərinə və əlaqədar binalara müxtəlif basqınlar həyata keçirilib, ətraf ərazilər dağıdılıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İsrailin müdafiə naziri İrana qarşı əməliyyatın məqsədini açıqlayıb

Aynur Camal

Avropa bazarları İran müharibəsinin təsirindən sarsılır

Aynur Camal

ABŞ səfirliyi Riyadda dron hücumuna məruz qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu