20 C
Baku
28 İyun 2025, 2:59
Baş xəbərDünya

Şəhərində rabitə və internet xidmətləri kəsildi

İsrailin işğal altındakı İordan çayının qərb sahilində dünəndən bəri davam edən hücumları səbəbilə Cenin şəhərində bütün rabitə və internet xidmətlərinin kəsildiyi bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın telekommunikasiya şirkətlərinə əsaslanan xəbərinə görə, İsrail ordusunun infrastrukturda verdiyi böyük dağıntılar səbəbilə Cenin şəhərində rabitə şəbəkəsini qidalandıran ana xətlər zədələnib.

Sabit telefon xətlərinin, eləcə də mobil operatorların və internet xidmətlərinin kəsildiyi şəhərdə dünəndən etibarən texniki qruplar zədələnmiş məntəqələrə çatmağa çalışsa da, sahədə vəziyyət buna uyğun olmadığından heç bir irəliləyiş əldə olunmayıb.

 Cenin’deki təcili yardım mərkəzi və Kızılay qrupları ilə əlaqə kəsildi

Fələstin Qızıl Aypara Cəmiyyəti də Cenindəki təcili yardım mərkəzi və qruplarla əlaqənin tamamilə kəsildiyini vurğuladı.

Cenin Dövlət Xəstəxanasının direktoru Visam Bekr, “Xəstəxanada siqnal tıxanma vəziyyətindən və internet kəsilməsindən sonra nəsə ola biləcəyindən narahatıq” dedi.

 Bəzi bank filialları xidmət göstərə bilmir

Fələstin Valyuta Təşkilatı İsrail ordusunun internet xətlərini dağıtması səbəbilə Cenin şəhərində bəzi bank şöbələrində xidmət göstərilmədiyini açıqlayıb.

İsrail ordusunun dünən işğal altındakı İordan çayının qərb sahilində başlatdığı “geniş miqyaslı” hücumlarda indiyədək 17 fələstinlinin öldüyü, çox sayda insanın yaralandığı, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İrlandiya İsrailin bağladığı səfirlik binasını “Fələstin muzeyinə” çevirəcək

Aynur Camal

Yazgül Abdıyeva “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olundu

Bugün TV

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu