6 C
Baku
5 Fevral 2025, 20:51
Digər

Şəhid Orxan İsmayılovun doğum günü keçirilib-VİDEO

İkinci Qarabağ müharibəsində şəhid olan Orxan İsmayılov yaşasaydı, 33-cü baharını qeyd edəcəkdi.

Bugun.tv xəbər verir ki, öncə mövludu keçirilən qəhrəmanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Ruhuna dualar oxunub.

Tədbirdə şəhid ailələri, YAP Ucar rayon təşkilatının kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Orxan İsmayılov 23 yanvar 1990-cı ildə Ucarın Məlikballı kəndində anadan olub. İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 1-də şəhid olub. Doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin həyat yoldaşı Bugun.tv-yə müsahibə verib. “Mən Orxanla qürur duyuram” deyib.

Ölümündən sonra şəhidimizə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, “Cəsur döyüşçü” və Füzuli ilə Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Evli idi. İki ogul övladı Vətənə yadigar qalıb.

Vətən sizə minnətdardır!

Müəllif: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

İsrailli mühacirlər Ramallah yaxınlığındakı kəndə hücum etdilər

Bugün TV

DİN-in təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Kəmalə Sultan

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu