21 C
Baku
11 İyun 2025, 4:48
Digər

Şəhid Ramil Babayevin anım günü keçirildi-FOTOLAR+VİDEO

Anım mərasimində şəhid ailələri, qazilər Rayon Rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Məzarı ziyarət olunub. Üzərinə tər- çiçəklər düzülüb. Ruhuna dualar oxunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Dövlət himni səsləndirilib.
Şəhid Anaları və tədbir iştirakçıları çıxış ediblər.

Qeyd edək ki, Ramil Babayev 1991-ci il də Kürdəmir rayonunun şilyan kəndində anadan olub. Kürdəmir rayon 1 saylı tam orta məktəbi bitirib. 2007-ci ildə Cəmşid Naxcivanski adina Hərbi litseyə daxil olub. Təhsilini Heydər Əliyev adina Hərbi Akademiyada davam etdirib və müvəffəqiyyətlə başa vurub. Türkiyədə təlimlərə qatılıb. 2014-cü ildə xidmətini N saylı Hərbi hissədə başlayıb. Aprel döyüşlərində iştirak edir. 2019-cu ildə Kəşfiyyat bölüyünün rəisi müavini vəzifəsində işləyib. Haqq savaşımızda taboru ilə birgə ağır döyüşlərə qatılıb. 29 sentyabrda Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olur. Nəşi 4 ay sonra Kürdəmir şəhidlər xiyabanında torpağa tapşırılır. İki övladı vətənə əmanət qalir. Vəfatından sonra oğul övladı dünyaya gir.
Ölümündən sonra “İgidliyə görə”, “3-cü dərəcəli” rəşadət orden, “Vətən ugrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, vətən oglu!

Müəllif: Səbinə Mirzəqizı

Bugün TV

Oxşar xəbərlər

ABŞ Qəzzaya havadan yardım göndərmək imkanını nəzərdən keçirir – media

Aynur Camal

“Ali təhsil haqqında” qanun layihəsinin dinləməsi olub

Şükufə Ramizqızı

Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaqmı?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu