Sosial

Şəhidin adını daşıyan küçənin şikayətinə niyə baxılmır?

Mingəçevir sakinləri Bugün TV-yə problemləri ilə bağlı video göndəriblər. Bildiriblər ki, şəhid İxtiyar Qasımov küçəsi döngə 2-də kanalizasiya sistemi yoxdu. Son dəfə  2013-cü ildə xətti çəkilib. O da yarımçıq saxlanılıb. Şikayətçilərin sözlərinə görə, bu barədə dəfələrlə əlaqədar qurumlara müracit ediblər. “Mingəçevir İcra Hakimiyyətindən hər dəfə söz verirlər. Ancaq gəlib düzəltmirlər. Bizi aldadırlar, boş vədlər veririlər. Bu qədər də olmaz!”

Sakinlər məcbur olub öz hesablarına müvəqqəti quyular qazıblar. Bu isə ətrafa üfunət qoxusu yayır, antisanitariyaya səbəb olur.

Videomüraciətdə problem bununla bitmir.  Onlar işığn tez-tez sönməsi, yolların bərbad vəziyyətindən də narazıdırlar. Ərazidə məişət tullantıları üçün konteynerlər belə yoxdur.

Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova ilə əlaqə saxlayıb sadalanan problemlərə aydınlıq gətirilməsini istədik. O, bildirdi ki, İxtiyar Qasımov küçəsinə kanalizasiya sistemi çəkilib. Ancaq döngə 2-də olan əraziyə yenidən baxılacaq və bununla bağlı şikayətcilərlə əlaqə yaradılacaq.

Daha sonra qurum rəsmisi yolların asfaltlanması və işiqlandırılması ilə bağlı  şikayətlərə də münasibət bildirib. Məhluqə Cavadovanın sözlərinə görə, növbəti il,   ərazidə təmir işləri bitdikdən sonra bu məsələlərə də baxılacaq.

Mövcud durumdan illərdir əziyyət çəkən Mingəçevir sakinlərinin isə səbr kasası artıq çoxdan daşıb. Onlar problemləri tezliklə həll olunmasa daha yuxarı instansiyalara şikayət edəcəklərini deyirlər.

Mövzuya yenidən qayıdacağıq.     

Kəmalə Sultan

Oxşar xəbərlər

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun son tarixi açıqlandı

Aynur Camal

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu

Aynur Camal

Azərbaycan prezidenti sosial media üzərindən təbrik ünvanlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu