16 C
Baku
27 Oktyabr 2025, 22:45
Baş xəbərDünya

Şəhidin ata evindən oğurluq edənlər tutuldu

Bugun.tv xəbər verir ki, Elazığda şəhid mayor Zəfər Kılıçın ata evindən oğurluq edən və 1992-ci ildə şəhidin anasına hədiyyə etdiyi saatı da oğurlayan 3 şübhəli tutulub. 2008-ci ildə İraqın şimalında keçirilən sərhəd əməliyyatında şəhid olan mayor Zəfər Kılıç Doğukent rayonunda atasının evindən qarət edilib.

TRT Haber-in məlumatına görə, Evlərinə qayıdan şəhid mayorun anası Şehirban və atası Əhməd Kılıç oğurluğu görüb polisə xəbər veriblər. Şəhid mayorun 1992-ci ildə anasına hədiyyə etdiyi saat da oğurlanan əşyalar arasında olub. İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi Oğurluq-Cibgirlik Büro Komandirliyi qrupları, şübhəliləri təsbit etmək üçün 312 saatlıq təhlükəsizlik kamerası görünüşlərini araşdırdı. Şübhəlilər H.B., G.K. və E.C. olduğu aşkar edilmişdir. Şübhəlilər oğurladıqları materiallarla birlikdə tutularaq saxlanılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Fövqəladə vəziyyət elan edildi!

Aynur Camal

Meşə sahələrində gecə od yandırmaq qadağandır

Bugün TV

Yerdən təxminən bir milyard işıq ili uzaqda! Yeni spiral qalaktika kütləvi məhvə səbəb ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu