24 C
Baku
19 Sentyabr 2024, 19:55
Baş xəbərHadisə

Şəhidin həyat yoldaşı göz yaşı tökdü

Bugun.tv xəbər verir ki, İraqın şimalındakı Pəncə-Kilit əməliyyatı bölgəsində şəhid olan Piyada Mütəxəssisi Çavuş Mustafa Sezer məmləkəti Zonguldakda son səfərinə yola salınıb. Dəfn mərasimində dayanmaqda çətinlik çəkən şəhidin həyat yoldaşı Aleyna Sezər əlil arabası ilə son dəfə ərinin tabutuna baxarkən göz yaşlarına boğulub. O, son dəfə şəhid həyat yoldaşının tabutuna baxaraq göz yaşı tökdü. “TRT Haber”in məlumatına görə, şəhidin cənazəsi Zonquldak Hava Limanında protokol və hərbçilər və ailəsi tərəfindən qarşılanıb. Şəhid Sezərin tabutunu türk bayrağına bükərək görən həyat yoldaşı Aleyna Sezer göz yaşlarına boğuldu. 6 aylıq körpə Mehmet Ali Sezer şəhidin ulduzlu bayrağa bükülmüş tabutunun yanına gətirilib.

Şəhidin cənazəsi Kozlu rayonundakı ata ocağında halallıq aldıqdan sonra Uzunmehmet məscidinə aparılıb. Burada keçirilən mərasimdə şəhidin atası Mehmet Emin, anası Yasemin, həyat yoldaşı Aleyna Sezər və qardaşları, hərbi və mülki rəsmilər, vətəndaşlar iştirak edib.

Cənazə namazından sonra ay-ulduzlu bayrağa bükülmüş tabut əsgərlər tərəfindən silah arabasına qoyulub. Şəhidin həyat yoldaşı Aleyna Sezər ayaq üstə durmaqda çətinlik çəkərkən əlil arabası və top arabası ilə paradı müşayiət edib.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Uçan binada ölənlərin sayı 16-ya çatdı

Bugün TV

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib -FOTO

Nigar Məmmədova

Bir şəxsi döyərək taladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu