Şokaladlı pankeklər, çay ilə bir balaca tort və ya meyvəli vafli… Hər gün bu dadlı şirniyyatlardan yemək çoxunun istəyidir. Bəs heç düşündünüzmü, beynimiz nəyə görə şəkərli qidalara dərhal reaksiya verir? Niyə əksəriyyətimiz onlardan asılı oluruq?
Bugun.tv-nin araşdırmasına görə, şəkər dildə şirin dad reseptorlarını aktivləşdirir. Onlar siqnalı ön beyinə ötürürlər. Bu reseptorlardan biri də beyin qabığıdır. Onun müxtəlif bölmələri fərqli – acı, duzlu və turş və bu kimi digər dadlar emal edir. Bu isə beynin mükafat sistemini aktivləşdirir. Eyni zamanda, ön beyində dopamin reseptorları da var, lakin onlar bərabər paylanmayıb.
Şəkərdən normadan artıq istifadə də dopaminin artmasına səbəb olur. Bu isə insanda asılılıq yaradır. Hətta şəkər dopaminə səbəb ola bilən nadir qidalardan biri sayılır. Amma siz bir neçə gün eyni üsulla sağlam qidalansaz dopamin səviyyəsi azalacaq. Şəkərdən normadan artıq istifadə daha sonra ona qarşı qoya bilməmək kimi vərdişlər yaradır. Mədədə də şəkər reseptorları var. Bu resptorlar beynə “artıq kifayətdir” siqnalını göndərir. Siz daha çox şəkər yedikcə bədəniniz normadan artıq insulin istehsal etməlidir.
Beyin həmişə yeni və ya fərqli dadlar gözləyir. İlk olaraq xoş olmayan dadlara reaksiya verir. Və sizin qida rasionununa nələri daxil etməyiniz beyninizi də bu dadlara alışdırır. Müxtəlif və fərqli qidaların yeyilməsi balansın qorunmasına kömək edir. Yemək darıxdırıcı olduqda isə dopaminin səviyyəsi azalır.
Əgər siz, nadir hallarda şəkər yeyirsinizsə bu normaldır. Amma siz artıq ondan asılısınızsa dopaminin səviyyəsi azalmır. İnsanların şəkərli qidalara aludə olmasının səbəbi də məhz budur. Onun həddindən artıq istehlakı beyində asılılıq yarada bilər, ancaq bəzən bir parça tort sizə zərər verməz.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri