33 C
Baku
20 İyul 2025, 19:15
Baş xəbər

Səlçuk Karakılıç zəlzələdə həlak olanların xatirəsinə “Deprem” şerini səsləndirdi- VİDEO

“Fevralın 6-da Türkiyədə baş verən iki güclü zəlzələ ürəyimizi xarabalığa çevirdi. 20 il əvvəl yaşadığımız 17 avqust zəlzələsindən sonra böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə “Zəlzələ” şeirini yazaraq dərdimizə şərik oldu. O, o qədər böyük insan olub ki, bu şeiri ürəyində hiss edərək yaza bilib. Kahramanmaraş zəlzələsində dünyasını dəyişən, yaralanan insanlarımızı xatırlayaraq o şeiri yenidən oxumaq istədim”. Bu sözləri Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç Bugun.tv-yə müsahibəsində bildirib.

O, Azərbaycan xalqının bu çətin gündə qardaşlıq nümayiş etdirməsindən, yeddidən yetmişə – hər kəsin əlində olanını Türkiyəyə göndərməsindən söz açıb.

“Dövlət başçısı cənab İlham Əliyev başda olmaqla sadə insanlara qədər milyonlarla insan tək ürək oldu. Azərbaycan sənət adamları öz daxili səslərini əsərləri ilə ifadə etdilər. Siyavuş Kərimidən tutmuş Emil Əfrasiyaba qədər bütün sənət adamları başsağlığı verərək, qardaşlarının yanında olublar” – deyə, S.Karakılıç vurğulaylıb.

“Bu necə bir bağdır? İnsan yalnız öz qardaşı olanda ürəyində o ağrını hiss edir, yaşayır. Ona görə də Bəxtiyar Vahabzadənin şeirini həm onun, həm də zəlzələdə həlak olan insanlarımızın xatirəsini yad etmək üçün oxudum. Yaralananlara Allahdan şəfa, dünyasını dəyişənlərə rəhmət diləyirəm”.

Aynur Camal

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlanıb

Aynur Camal

Yaşar Gülər: Qətiyyətli əməliyyatlarımız nəticəsində il ərzində 122 terrorçu təslim oldu

Teymur Əziz

Mikroavtobusla avtomobil toqquşdu, 5 nəfər yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu