19 C
Baku
23 Oktyabr 2025, 13:09
Baş xəbərDünya

Səmada görünən mavi burulğanın sirri açıldı

Şənbə günü səhər tezdən Alyaska səmasını seyr edən şimal işıqları həvəskarları, auroranın ortasında qalaktikaya bənzəyən açıq mavi spiralın görünməsi qarşısında heyrətə gəliblər.

Alyaska Universitetinin Fairbanks Geofizika İnstitutunun elmi işçisi, kosmos fizikası Don Hampton bildirib ki, bəzən raketlərdə atılmalı olan yanacaq olur.

“Onlar bunu yüksək hündürlükdə etdikdə, o yanacaq buza çevrilir. Əgər günəş işığındadırsa, onu bir növ böyük bulud və ya burulğan kimi görmək mümkündür.”

Hampton adi bir mənzərə olmasa da, bu cür hadisələri təxminən üç dəfə gördüyünü söyləyib.

Burulğanın görünüşü Geofizika İnstitutunun bütün səma kamerasında vaxtaşırı çəkilib və sosial mediada yayılıb. Şimal işıqlarını izləyən fotoqraflar sosial şəbəkələrdə burulğanın şəkillərini də yerləşdiriblər.

Xatırladaq ki,  bu görüntüyə səbəb olan SpaceX raketi təxminən 25 peyklə birlikdə cümə günü gecə Kaliforniyadakı Vandenberq kosmodromundan havaya qalxıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Qarabağ Bəyannaməsi imzalandı

Bugün TV

Plazanın çöl hissəsində yanğın baş verib

Bugün TV

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu