8 C
Baku
21 Dekabr 2025, 20:06
Baş xəbərKriminal

Şəmkirdə qətl törədildi

Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o səhər saatlarında dünyasını dəyişib.

Dərhal Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Pangeoda baş verən yanğının 7-ci günüdür

Aynur Camal

Hərbi avtomobil aşdı: 6 yaralı var

Teymur Əziz

DSX 12-ci buraxılışını təntənəli surətdə keçirtdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu