16 C
Baku
27 Oktyabr 2025, 12:25
Baş xəbərDigər

Sənədsiz ov tüfəngini polisə təhvil verildi

Oğuz rayon sakini sənədsiz ov tüfəngini polisə təhvil verib, Göyçay sakinindən isə qanunsuz saxladığı odlu silah götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv xəbər verir ki, verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Xalxal kənd sakini qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polisə əhvil verib.

Kəmalə Sultan

Oxşar xəbərlər

İspaniya Aİ-nin 2026-cı ildə daimi yaz vaxtına keçməsini istəyir

Aynur Camal

Toyda havaya açılan atəş nəticəsində bir nəfər başından yaralandı

Bugün TV

309 qeyri-qanuni mühacir tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu