Bugun.tv xəbər verir ki, Manisanın Turqutlu rayonu Fatih Sənaye Sahəsində bir iş yerində baş verən yanğın bitişik iş yerinə keçib. Yanğın qrupların müdaxiləsi ilə nəzarət altına alınarkən, 2 iş yerində maddi ziyan meydana gəldi. Tüstüdən zərər çəkən və söndürmə işləri zamanı xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Hadisə yerinə yanğınsöndürənlər, sağlamlıq və polis qrupları sövq edilib.
TRT Haberin məlumayına görə, Manisa Böyükşəhər Bələdiyyəsinin 25 yanğınsöndürən maşını və İzmir Meşə Region Müdirliyinə bağlı 3 su çiləyicisi və 7 su tankeri ilə müdaxilə edilən yanğın təxminən 3 saat ərzində nəzarətə götürülüb.
Müxbir: Şəms Elnurqızı