24 C
Baku
5 Sentyabr 2025, 4:41
Digər

Şəqr-Qərb magistralının Gürcüstandan keçən Surami dolama yolu istifadəyə verildi

Bugun.tv xəbər verir ki, yolun açılışından iştirak edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze irimiqyaslı mühəndislik layihəsinin – 6,4 kilometr uzunluğunda 11 körpü və 5 tuneldən ibarət avtomobil yolunun ən yüksək beynəlxalq standartlara tam cavab verdiyini bildirib.

“Ötən illərdə biz Rikoti dağ keçidinin ən çətin hissələrini və Batumi dolama yolunu açdıq. Bu gün isə Surami hissəsinin açılışı ilə artıq Tbilisidən Rikoti tunelinədək fasiləsiz sürətli magistral yolu açıldı. Bu, vətəndaşlarımız və qonaqlarımız üçün vaxt itkisinin qarşısının alınması, təhlükəsizliyin artması deməkdir”, – deyə Kobaxidze vurğulayıb. Onun sözlərinə görə, bu, sadəcə infrastruktur layihəsi deyil, Gürcüstanı Avropa və Asiya ilə birləşdirən Orta Dəhlizin mərkəzinə, ən sürətli və ən təhlükəsiz halqasına çevirmək istiqamətində atılmış növbəti strateji addımdır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İstanbulda 29 oktyabr bayramı ilə əlaqədar bəzi yollar nəqliyyata bağlandı

Bugün TV

Tramp: Zelenski və Putin sülh danışıqlarına hazır deyillər

İntizar Əmirova

70 yaşlı model dənizdə çimərlik paltarında üzdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu