34 C
Baku
27 İyul 2025, 10:44
Baş xəbərİdman

Sərbəst güləş yarışlarına yekun vurulub

Bugun.tv xəbər verir ki, Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.

Bu barədə federasiya facebook səhifəsində məlumat verib.

Məlumata əsasən, Bakı İdman Sarayında sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatının ikinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində ümumilikdə 138 güləşçi gücünü sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bəşir Verdiyev (48 kq), Hacı Kərimov (55 kq),

Mirzağa Axundov (65 kq), Şeyxəli Babazadə (80 kq) və Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına sahib olublar.

Beləliklə, Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub. Bu gün yunan-Roma güləşi yarışlarına start veriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq təşəbbüsü!

Aynur Camal

Polisə silah tuşlayan şəxs ayağından güllələndi

Bugün TV

Qaz sızmasından 11 nəfər həyatını itirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu